Əzizov Şəmistan İlyas
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Əzizov Şəmistan İlyas

Ata adı: İlyas

🐣
Doğum — Göyçay Qaraxıdır kəndi
🕊️
Şəhadət — Ağdərə
📍
Dəfn Olunduğu Yer Göyçay Qaraxıdır kənd qəbirstanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Şəmistan Əzizov 1993-cü il dekabrın 6-da Göyçay rayonunun Qaraxıdır kəndində anadan olub. Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan Şəmistan Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Şəmistan Əzizov oktyabrın 15-də şəhid olub. Göyçay rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəmistan Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şəmistan Əzizov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şəmistan Əzizov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Şəmistan Əzizov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Ailə üzvlərinin bildirir ki, Şəmistan vətənpərvər, cəsarətli, qorxmaz idi. Yoldaşlarını heç vaxt darda qoymazdı. Dostlarına, qohumlarına ətrafındakı insanlara qarşı çox nəzakətli idi. Romantikanı çox sevirdi. Yalanı xoşlamazdı. Ailəcanlı insan idi. Həmişə onunla fəxr edirdilər.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Göyçay rayonu, Qaraxıdır kənd orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Əzizov İlyas Xəlil oğlu Ana: Abdullayeva Əminə Qasım qızı Qardaş: Abdullayev Cavid İlyas oğlu Qardaş: Abdullayev Müşfiq İlyas oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər