Surələrin fəziləti | Ali-İmran surəsi #8
Cavab gəlmir
Salamlawmada deyesen sehvlık edırem
.
.
Namaz
Ata adı: Mircahangir
Əflatun Fərəcov 7 oktyabr 1999-cu ildə Lənkəran rayonunun Osakücə kəndində doqquzuşaqlı ailədə anadan olmuşdur. Ailəsində özü ilə birgə 5 bacısı və 4 qardaşı var idi. Atası Mircahangir Fərəcov və anası Əflatun uşaq yaşında olarkən vəfat etmişdir. Subay idi.
Azərbaycan Ordusunun əsgəri olan Əflatun Fərəcov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əflatun Fərəcov Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Bir müddət sonra tapılan nəşi 20 noyabr 2020-ci ildə Lənkəran rayonunda dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əflatun Fərəcov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əflatun Fərəcov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əflatun Fərəcov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Əflatun Fərəcov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mehriban, mərd, sakit, ailəcanlı gənc idi. Vətənini çox sevirdi.
Ata: Fərəcov Mircahangir Balakişi oğlu Ana: Səmədova Mahirə Məmməd qızı Qardaş: Fərəcov Ramin Mircahangir oğlu Qardaş: Fərəcov Habil Mircahangir oğlu Qardaş: Fərəcli Rauf Mircahangir oğlu Bacı: Əbülfətova Zəminə Mircahangir qızı Bacı: Rzayeva Təranə Mircahangir qızı Bacı: Fərəcova Aytən Mircahangir qızı Bacı: Fərəcova İlhamə Mircahangir qızı Bacı: Fərəcova Kəbirə Mircahangir qızı