Fərəcov Fərid Yaşar
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Fərəcov Fərid Yaşar

Ata adı: Yaşar

🐣
Doğum — Ağcabədi Muğanlı kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Ağcabədi Muğanlı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Fərid Yaşar oğlu Fərəcov 11 noyabr 1998- ci ildə Ağcabədi rayonunun Muğanlı kəndində dünyaya göz açıb. Ailənin 3 uşağından ortancılı olan Fəridin özündən böyük qardaşı və kiçik bacısı var. Fərid 2005-ci ildə Ağcabədi rayonu Muğanlı kəndində Sərvan Quliyev adında orta məktəbin I sinfinə qəbul edilib. 2016-cı ildə orta məktəbi bitirdikdən sonra bir müddət maşın ustası işləyib. 2016-2017-ci illərdə Qusarda hərbi xidmət keçib və topçu olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Fərid Fərəcov Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Fərid Fərəcov Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirib, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənib. Fərid Fərəcov oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Fərəcov ölümündən sonra “Vətən uğrunda” medalı, “Füzulinin azad olunmasına görə” medalı və “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Fərid Fərəcov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, cəsur, mərd igid idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Ağcabədi rayonu, Muğanlı kənd orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Fərəcov yaşar Məhərrəm oğlu Ana: Fərəcova Gülşən Kommunist qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər