namazla bağlıdı
KFC və ya MACdonald da işləmək olar?
KFC və ya MACdonald da işləmək olar?
Bəqərə surəsi (49-57) - Hacı Rahib | Ruhunuzu dinləndirin
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 9 Oktyabr 2026)
Cümə moizəsi Mövzu: Zikr və qəflət -12
Ata adı: İlqar
Kamran Fərəcov 1996-cı il fevralın 14-də Şirvan şəhərində anadan olub. Şirvan şəhər 11 saylı tam orta məktəbdə təhsil alıb. Ailəli idi.
Kamran Fərəcov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Quba rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş əsgəri olan Kamran Fərəcov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamran Fərəcov oktyabrın 24-də Şuşa döyüşləri gedişatında Xocalı rayonunun Çanaqçı kəndi istiqamətində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Fərəcov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Fərəcov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Tərbiyəli, ağıllı, sakit, böyüklərə hörmət edən, torpağını və xalqını çox sevən, vətənpərvər şəxs idi. Aprel döyüşlərinin iştirakçısı olub.
Ata: Fərəcov İlqar Fərəc oğlu Ana: Fərəcova Reyhan Zeynal qızı Bacı: Fərziyeva Fəridə İlqar qızı Bacı: Əliyeva Gülnar İlqar qızı Bacı: Məmmədli Gülər İlqar qızı Həyat yoldaşı: Fərəcova Fidan Zakir qızı