Fərhadov Cəlaləddin Elxan
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Fərhadov Cəlaləddin Elxan

Ata adı: Elxan

🐣
Doğum — Ağdaş
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Ağdaş Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Şuşa ⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Cəlaləddin Elxan oğlu Fərhadov 01 may 2001-ci il tarixində Ağdaş rayonunda ailənin sonbeşiyi olaraq dünyaya gəlib. Ağdaş rayonu 1 saylı orta məktəbin I sinfinə qəbul olunub, 2018-ci ildə məktəbi bitirib. 16 yaşında atasını itirən Cəlaləddin həyata tez atılmalı olub. Anası və bacılarına maddi dəstək olmaq üçün təhsilini davam etdirməyi dayandırıb, müxtəlif işlərdə çalışıb.

Cəlaləddin 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Azərbaycan Ordusunun baş çavuşu olan Fərhadov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Xovavənd və Şuşa rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. O, 2020-ci il noyabrın 8-də Şuşa qələbəsindən 2 saat sonra şəhidlik zirvəsinə yüksəlib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Cəlaləddin Fərhadov ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamına əsasən "Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Cəlaləddin Fərhadov  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Cəlaləddin çox mehriban, zarafatcıl və kini olmayan biri idi. Ailənin bütün yükünü çiyinlərində daşıyırdı. Bəlkə də ona görə tez böyüdü. Yaşından böyük düşünürdü. Bu xasiyyətinə görə böyüklərin hörmətini qazanmışdı.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Ağdaş rayonu 1 saylı orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ana: Fərhadova Pərvanə Marif qızı Bacı: Fərhadova Arzu Elxan qızı Bacı: Fərhadova Aysu Elxan qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər