Fərzəliyev Samir Vaqif
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Fərzəliyev Samir Vaqif

Ata adı: Vaqif

🐣
Doğum — Ağdam Quzanlı qəsəbəsi
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Ağdam Quzanlı Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Laçın ⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Samir Vaqif oğlu Fərzəliyev 08 dekabr 1996-cı ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub. Samir evin, ailənin 3 övladından biri olub. İki qardaş, bir bacı olublar. 2002-2011-ci illərdə Quzanlı orta məktəbində təhsil alıb. 2015-ci ilin aprelində Vətənə xidmət borcunu yerinə yetirmək üçün əsgərliyə yollanıb və bir il 6 aydan sonra – 2016-cı ilin oktyabrında Naxçıvan Muxtar Respublikasında hərbi xidmətini başa buraraq, evinə, ailəsinə dönüb. 2016-2020-ci illərdə müxtəlif sahələrdə çalışıb və 2020-ci ilin avqustunda müddətdən artıq Hərbi Xidmət kursuna yazılıb, sentyabrın 7-də, Vətən müharibəsindən cəmi 20 gün öncə MAHHHQ kimi fəaliyyət göstərməyə başlayıb.

Samir Vətən müharibəsinin ilk dəqiqələrindən döyüşlərə atılıb, igidliklər, qəhrəmanlıqlar göstərib və Ağdərə istiqamətində gedən ağır döyüşlər zamanı qəhrəmancasına həlak olub, şəhidlik məqamına ucalıb. 15 oktyabr 2020-ci il tarixində də Ağdam rayonunun Quzanlı kənd qəbiristanlığında, Şəhidlər məzarlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Fərzəliyev ölümündən sonra “Vətən uğrunda”, , "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Samir Fərzəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Sakit, mülayim, ailəsinə bağlı biri idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Ağdam rayonu Quzanlı qəsəbəsi 8 saylı tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Fərzəliyev Vaqif Nurəddin oğlu Ana: Fərzəliyeva Siyafər Əli qızı Bacı: Fərzəliyeva Aytac Vaqif qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər