Fərziyev Balaş İltizam
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Fərziyev Balaş İltizam

Ata adı: İltizam

🐣
Doğum — Lerik Bibiyanı kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Lerik Bibiyanı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Balaş İltizam oğlu Fərziyev 6 mart 1994-cü ildə Lerik rayonunun Bibiyani kəndində anadan olub. Ailədə 4 qardaş olublar. Balaş evin 3-cü övladı idi. Uşaqlıq illəri doğulduğu kənddə keçib. 2000-ci ildə şəhid Mikayıl Qasımov adına Lerik rayonu Bibiyani kənd natamam orta məktəbin 1-ci sinfinə gedib. 2009-cu ildə həmin məktəbin 9-cu sinfini başa vurduqdan sonra təhsilini Hamarmeşə kənd tam orta məktəbində, sonra isə Bakı şəhəri Suraxanı rayonu 290 saylı tam orta məktəbində davam etdirib. 2011-ci ildə XI sinfi başa vurub və Azərbaycan Kooperasiya Universitetinin "İqtisadiyyat" fakültəsinə qəbul olub.

Vətən torpağının hər qarışını canından əziz bilən, İkinci Qarabağ müharibəsində onun ərazi bütövlüyü uğrunda özünü fəda edib şanlı tarix yazan Balaş İltizam oğlu Fərziyevin adı xalqın dilindən düşmür. Müqəddəs, ulu torpağın qəhrəman oğlu, gözəl arzularla doğma yurduna bağlı, Vətənini sevən, xalqının gələcəyini düşünən bu saf əxlaqlı gənc Tanrının verdiyi ömür payını daha da dəyərli etmək üçün ali təhsil almağın vacibliyini yaxşı başa düşürdü. Kooperasiya Universitetinə də bu səbəbdən daxil olmuşdu. Universiteti uğurla başa vuran Balaşın nəcib xisləti, dərin zəkası, xalqına fayda vermək əzmi, yurd sevgisi, qüruru onu qarşıda gözəl günlərin gözlədiyiinə işarə edirdi. Amma həyatı dərk edəndən ürəyinə yüklənən Qarabağ dərdi Balaşın bütün arzularını yarımçıq qoydu.

Balaş 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Cəbhə bölgəsində Vətənin keşiyində durub, daim nümunəvi xidməti ilə fərqlənib. Ən əsası, Vətənin ləyaqətini hər şeydən üstün tutmaqla, hər an onun yolunda şəhid olmağı özünə şərəf bilib. Elə bu xasiyyətinə görə xidmət etdiyi hərbi hissədə vətənpərvər, mərd, igid əsgəri sevilib. Hərbi xidmətdən qayıtdıqdan sonra Balaş 4 il işləyib. İnsanpərvərliyi, qayğıkeşliyi el-obada ona dərin rəğbət qazandırıb. Bunlarla bərabər ürəyi həmişə erməni dığalarına qarşı intiqam hissi ilə döyünüb, əzəli yurd yerimiz Qarabağ torpaqlarını azad görmək üçün yağıdan qisas almağa hazır olub. 2020-ci ilin "Tovuz döyüşləri" zamanı Balaş könüllü olaraq hərbi komissarlığa gedərək qeydiyyatdan keçib.

2020-ci il 27 sentyabrdan etibarən başlayan Vətən müharibəsində Balaş Lerik rayon Hərbi komissarlığında qeydiyyatdan keçərək könüllü olaraq Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəyə göndərilib. Hərbi hissədən döyüşə qatılan Balaş yüksək igidlik və şücaət göstərərək düşmənə sarsıdıcı zərbələr endirir, onun xeyli sayda canlı qüvvəsini məhv edib. Ürəyi daim Vətən eşqi ilə döyünən dağlar diyarının qartal balası Füzulinin azadlığı uğrunda onun hər qarışında can qoyub. 29 sentyabr tarixində Füzuli uğrunda gedən ağır döyüşdə minaatan mərmisinin partlaması nəticəsində qəhrəmancasına şəhid olub. Şəhidin nəşi neytral zonada qaldığından 2 gün çıxarmaq mümkün olmayıb. Oktyabr ayının 1-də şəhidin nəşi çıxarılır və Füzuli rayonu Əhmədbəyli xəstəxanasına gətirilib, bir müddət də orada saxlanılıb. Noyabr ayının 6-da DNT analizi ilə kimliyi müəyyən olunur və nəşi səhərisi gün, 7-si doğulub, boya-başa çatdığı Lerik rayonunun Bibiyani kəndinə gətirilib torpağa tapşırılıb.

Balaş Fərziyev canından, qanından artıq sevdiyi Vətəndən oğulluq adını qazana bildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Balaş Fərziyev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Balaş Fərziyev  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Xeyirxah, mehriban, ailəcanlı, vətənpərvər bir gənc olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bibiyoni kənd Mikayıl Qasımov adına məktəbi
Ali Təhsil Azərbaycan Kooperasiya Universiteti
İş Yeri Avanqard Story MMC, direktor
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Fərziyev İltizam Rövşən oğlu Ana: Fərziyeva Gülnaz Güloğlan qızı Qardaş: Fərziyev Babək İltizam oğlu Qardaş: Fərziyev Nicat İltizam oğlu Qardaş: Fərziyev Pərviz İltizam oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər