Fərzulla-zadə Mehdi Zaman
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Fərzulla-zadə Mehdi Zaman

Ata adı: Zaman

🐣
Doğum — Bakı Bülbülə qəsəbəsi
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Bakı Bülbülə Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Mehdi Fərzulla-zadə 27 iyul 1995-ci ildə anadan olmuşdur. 2002-2012-ci illərdə Bakı şəhər 208 saylı tam orta məktəbdə orta təhsil almışdır. Hərbi xidmət qulluqçusu olduqdan sonra avtoservis sahəsində çalışmışdır.
Mehdi Fərzulla-zadə 2013-2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2020-ci ilin sentyabr ayında könüllü olaraq yenidən hərbi xidmətə yollanmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Mehdi Fərzulla-zadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Mehdi Fərzulla-zadə 7 noyabr 2020-ci ildə Xocavənd rayonunda yerləşən 612-ci yüksəklik istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehdi Fərzulla-zadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mehdi Fərzulla-zadə ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mehdi Fərzulla-zadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Mehdi Fərzulla-zadə ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Arxada qalmağı heç sevməzdi, ancaq öndə gedib. Döyüşkən, yardımsevər olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bülbülə qəsəbəsi, 208 saylı orta məktəb
İş Yeri Kondisioner ustası
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Fərzullayev Zaman Baləli oğlu Ana: Fərzullayeva Elvira Xanməmməd qızı Bacı: Fərzullazadə Aysəma Zaman qızı Qardaş: Fərzullazadə Asəf Zaman oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər