Fətəliyev Emil Mayis
MAHHXHQ çavuş
🇦🇿 Azərbaycan Şəhidi

Fətəliyev Emil Mayis

Ata adı: Mayis

🐣
Doğum — Qax
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Qax Qorağan kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ çavuş
Qoşun Növü Daxili Qoşunlar
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər ⚔️ Şuşa ⚔️ Cəbrayıl ⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda

Həyat Yolu və Şəhadət Tarixçəsi

Emil Fətəliyev 1992-ci il oktyabrın 30-da Qax rayonunun Qorağan kəndində anadan olub.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Emil Fətəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Emil Fətəliyev oktyabrın 22-də Zəngilan döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Fətəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Fətəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Fətəliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emil Fətəliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emil Fətəliyev ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənini sevən, ailəsinə bağlı, gülərüz, xeyirxah, mərd, cəsur, qorxmaz. Kənd sakinləri tərəfindən sevilən insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Qax rayonu S. Rəhimov adına Qorağan kənd tam orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Fətəliyev Mayis Qeybul oğlu Ana: Fətəliyeva Sevda Səfər qızı Qardaş: Fətəliyev Qurban Mayis oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər