Fətəliyev Səmural Ayaz
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Fətəliyev Səmural Ayaz

Ata adı: Ayaz

🐣
Doğum — Quba Əlibəyqışlaq kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Quba Əlibəyqışlaq kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Səmural Fətəliyev 13 mart 1997-ci ildə Azərbaycan Respublikasının Quba rayonunun Əlibəyqışlaq kəndində anadan olmuşdur. 2003-cü ildə Quba rayonu Əlibəyqışlaq kəndində yerləşən Musa Qonaqov adına tam orta məktəbin 1-ci sinfinə getmişdir. 2012-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmiş və daha sonra Quba şəhəri Azad Məmmədov adina 2 saylı liseyə daxil olub və təhsilini orada davam etdirmişdir.

Səmural Fətəliyev kiçik yaşlarından taekvando idman növü ilə də məşğul olmuşdur. 15-16 avqust 2003-cü ildə Azərbaycan Respublikası Qusar şəhərində keçirilmiş taekvando üzrə 20 kq çəkidə 3-cü yeri tutmuşdur.

Səmural Fətəliyev 2014-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tikinti-İqtisad fakültəsinin "Sənayenin təşkili və idarə edilməsi" ixtisasına daxil olmuş və 2018-ci ildə həmin universiteti bitirmişdir.

Səmural Fətəliyev universitetdə oxuduğu müddət ərzində bir çox sahələrdə könüllü kimi iştirak etmiş və nailiyyətlər əldə etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi — "1 saylı ASAN xidmət" mərkəzində 20.12.2016-20.02.2017-ci il tarixində könüllü olaraq fəaliyyət göstərmişdir. Daha fəal iştirak etdiyinə görə müsbət xasiyyətnamə və birinci dərəcəli şəhadətnamə ilə təltif edilmişdir. BAKI 2017 İslam Həmrəyliyi Oyunlarında könüllü kimi yaxından iştirak etmişdir.

2019-cu ildən Səmural Fətəliyev SOCAR-ın Təhlükəsizlik idarəsində atıcı mühafizəçi vəzifəsində əmək fəaliyyətinə başlamışdır.
Səmural Fətəliyev 2018–2019 cu illərdə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. İlk aylarında Goranboy rayonunun "N" saylı hərbi hissəsində xidmət edib və daha sonra Mingəçevir şəhərinin "N" saylı hərbi hissəsinə göndərilmişdir. Nizam — intizamlı əsgər olduğu üçün hərbi hissə komandiri tərəfindən manqa komandiri təyin edilmiş və bir çox fəxri fərmanlarla təltif edilmişdir.
Səmural Fətəliyev 2020-ci ilin avqust ayinda könüllü olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən qeydiyyatdan keçmiş və 2020-ci ilin sentyabr ayının 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon idarəsi tərəfindan təlimlərə çağırılmışdır. Burada kəşfiyyat bölüyündə qrup komandiri vəzifəsini icra etmişdi.

Səmural Fətəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, azadlıq uğrunda gedən döyüşlərdə mübarizə aparmışdır. Oktyabrın 5-də Füzuli döyüşləri zamanı Yuxarı Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabrın 9-da Quba rayonunun Əlibəyqışlaq kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fətəliyev Səmural ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fətəliyev Səmural ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Fətəliyev Səmural Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Fətəliyev Səmural ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikası Bakı şəhəri Təhsil idarəsi Namiq Fərəczadə adına 100 nömrəli məktəbin 44-cü sinif otağı Fətəliyev Səmuralın adını daşıyır. Quba rayonu Əlibəyqışlaq kəndində yaşadığı evdə şəhidin xatirə guşəsi yaradılmışdır.

Quba rayonu Əlibəyqışlaq kəndində şəhid Fətəliyev Səmural Ayaz oğlunun və digər şəhidlərin xatirəsinə park salınmışdır. Parkın açılışı Quba rayon, Əlibəyqışlaq kəndinin şəhidi Fətəliyev Səmural Ayaz oğlunun doğum günündə 13 mart 2021-ci ildə olmuşdur.

Xatirələrdə Yaşayan Şəhid:

Çox vətənpərvər, vətəni və milətini sevən biri idi. Olduqca mehriban, səmimi ailəcanlı, dost qədrini bilən biri idi. İdmanın taekvando növü Ilə məşqul olub

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Quba rayonu, Əlibəyqışlaq kənd tam orta məktəbi
Ali Təhsil Azərbaycan Memarlıq və İnşaat Universiteti
İş Yeri SOCAR
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Fətəliyev Ayaz Hacımurad oğlu Ana: Fətəliyeva Qənirə Mirabbas qızı Qardaş: Fətəliyev Təhməz Ayaz oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər