Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Ağamoğlan
Fətizadə Fəti Ağamoğlan oğlu 1998-ci il iyun ayının 10 -da Beyləqan rayonu Birinci Şahsevən kəndində anadan olmuşdur. Fəti Fətizadə orta təhsilini Birinci Şahsevən kəndi, Gəray Əsədov adına 1 saylı tam orta məktəbində almışdır.
Vətən müharibəsi iştirakçısı olub, Qubadlı, Füzuli, Şuşa, istiqamətində gedən döyüşlərdə fəal iştirak edib.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Fətizadə Fəti Ağamoğlan oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonu Qırmızı Bazar kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Fətizadə Fəti Ağamoğlan oğlu Beyləqan rayonu Birinci Şahsevən kənd Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Fətizadə Fəti Ağamoğlan oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” , “Xocavəndin azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Mərd, cəsur, vətənpərvər insan idi.
Ata: Əliyev Ağamoğlan Fəti oğlu Ana: Əliyeva Nüşabə Süsən qızı Qardaş: Əlizadə Aydın Ağamoğlan oğlu Bacı: Zeynalova Telli Ağamoğlan qızı