Fətullayev Rafail Rüfət
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Fətullayev Rafail Rüfət

Ata adı: Rüfət

🐣
Doğum — Neftçala Bankə qəsəbəsi
🕊️
Şəhadət — Kəlbəcər
📍
Dəfn Olunduğu Yer Neftçala Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Rafail Fətullayev 22 mart 2003-cü ildə Neftçala rayonun Bankə qəsəbəsində anadan olub. Neftçala rayon Bankə 1 saylı tam orta məktəbi bitirib.

Azərbaycan Ordusunun əsgəri olan Rəfail Fətullayev 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Rəfail Fətullayev  “Vətən uğrunda” medalı ilə tətif edilib. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Rəfail Fətullayev  III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Ailəsinin və bütün yoldaşlarının sevimlisi idi. Hər kəslə mehriban idi. Uşaqlıqdan hərbiyə böyük marağı var idi. Döyüş yoldaşları onun mərd, cəsur, vətənpərvər və döyüşkən biri olduğunu deyirdilər. Son nəfəsinə kimi döyüşüb şəhidlik zirvəsinə ucaldı.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Neftçala rayon Bankə 1 saylı tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Fətullayev Rüfət Rafiq oğlu Ana: Fətullayeva Fəxriyyə Qalib qızı Bacı: Fətullayeva Aybəniz Rüfət qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər