Feyzullayev Aydın Zakir
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Feyzullayev Aydın Zakir

Ata adı: Zakir

🐣
Doğum — Bakı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi
🕊️
Şəhadət — Füzuli Füzuli rayonu
📍
Dəfn Olunduğu Yer digər İtkin düşüb
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik

Təltif Edildiyi Orden və Medallar

Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Aydın Feyzullayev 1995-ci il iyunun 19-da Bakının Suraxanı rayonunda anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Aydın Feyzullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə savaşıb. Aydın Feyzullayev sentyabrın 27-də Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı itkin düşmüşdür.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Aydın Feyzullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Aydın Feyzullayev  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunur. Hal-hazırda onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülür.

Xatirələrdə Yaşayan Şəhid:

Mülayim, xeyirxah, vətənpərvər insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bakı şəhəri, Sabunçu rayonu
İş Yeri Restoranda kababçı
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Feyzullayev Zakir Hüseyn oğlu (05.03.1966) Ana: Feyzullayeva Aybəniz Aydın qızı (13.03.1962) Bacı: Feyzullayeva Aygün Zakir qızı (1996)

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər