Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Eyvaz
Zahir Feyzullayev 1992-ci il dekabrın 24-də Oğuz rayonunun Muxas kəndində anadan olub.[1] 1999-2007-ci illərdə A. Əhmədov adına Muxas kənd tam orta məktəbində, 2007-2010-cu illərdə isə Oğuz şəhərində E. Abdullayev adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb.Zahir Feyzullayev 2011-ci il yanvar ayının 1-də Oğuz rayon hərbi komissarlıq tərəfindən hərbi xidmətə çağırılmışdır. Daxili Qoşunların N saylı hərbi hissəsində xidmətə başlamışdır. 2012-ci ilin iyul ayında xidmətini bitirmişdir. 2013-cü il noyabr ayının 12-də Müdafiə Nazirliyinin gizir hazırlıq kursuna qəbul olmuş, 2014-cü il yanvar ayının 25-də həmin kursu bitirmişdir. 2014-cü il yanvar ayından 2014-cü ilin fevral ayına qədər N saylı hərbi hissədə xüsusi təyinatlı qrup komandiri, 2014-cü ilin fevral ayından 2015-ci ilin may ayına qədər N saylı hərbi hissədə xüsusi təyinatlı qrup komandirinin müavini, 2015-ci ilin may ayından 2018-ci ilin iyul ayına qədər N saylı hərbi hissədə qrup komandirinin müavini vəzifəsində xidmət etmişdir. Qəhrəmanlıqlarına görə 2018-ci ilin iyul ayının 2-də kiçik leytenant hərbi rütbəsi, 2019-cu ilin iyul ayının 2-də leytenant hərbi rütbəsi almışdır. 2018-ci ilin iyul ayının 2-dən N saylı hərbi hissədə qrup komandiri vəzifəsində xidmət etmişdir.
2015-ci il may ayının 2-dən 2015-ci ilin may ayının 27-dək "Görüntülü hədəf qiymətləndirmə" kursunu keçmək məqsədi ilə Türkiyənin Ankara şəhərində, 2017-ci ilin aprel ayının 28-dən 2017-ci ilin iyul ayının 13-dək "Hərbi sərbəst paraşut" kursunu keçmək məqsədi ilə Türkiyənin Ankara şəhərində, 2018-ci il oktyabr ayının 7-dən 2018-ci ilin noyabr ayının 2-dək "Statik təməl paraşut" kursu keçmək məqsədi ilə Türkiyənin Kayseri şəhərində, 2018-ci ilin noyabr ayının 5-dən 2018-ci ilin dekabr ayının 1-dək "Statik paraşütçü buraxıcı və yer ekip komutanlığı" kursunu keçmək məqsədi ilə Türkiyənin Kayseri şəhərində olmuşdur. 2019-cu ilin yanvar ayının 29-dan 2019-cu ilin fevral ayının 23-dək "Qış-2019" təlimində iştirak etmək məqsədi ilə Türkiyənin Kars və Kayseri şəhərlərində olmuşdur.
Vətəninə göstərdiyi xidmətlərinə və qəhrəmanlıqlarına görə "Azərbaycan Ordusunun 100 illiyi", 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalları və bir çox tərifnamələrə layiq görülmüşdür.
Azərbaycan Ordusunun leytenantı olan Zahir Feyzullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlər zamanı bir neçə dəfə tabeçiliyində olan əsgərləri döyüş meydanından təxliyə edib, həmçinin Ermənistan Ordusunun canlı qüvvəsinin məhv edilməsində fərqlənib. Zahir Feyzullayev döyüş yoldaşının torpağa tapşırıldığı gün onlarla ermənini məhv edərək dəfn yerinə zəng edib yoldaşının qisasını aldığını bildirib. Zahir Feyzullayev oktyabrın 20-də Xocavənd döyüşləri zamanı Tuğ kəndi istiqamətində şəhid olub. Oğuz rayonunun Muxas kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zahir Feyzullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Zahir Feyzullayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Zahir Feyzullayev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Zahir Feyzullayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Zahir Feyzullayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Zahir Feyzullayev ölümündən sonra "Vətənə xidmətlərə görə" ordeni ilə təltif edildi.
Zahir vətənə xidmət etdiyi müddətdə bacarığı, şücaəti, peşəsində professionallığı ilə fərqlənmişdir. Çalışdığı kollektivdə əzmli, tələbkar, eyni zamanda da qayğıkeş bir şəxsiyyət kimi yoldaşlarının dərin hörmətini qazanmışdır.
Ata: Feyzullayev Eyvaz Mədət oğlu Ana: Yusifova Ruhanə Məzahir qızı Həyat yoldaşı: Feyzullayeva Səma Mehman qızı Qardaş: Feyzullayev Mahir Eyvaz oğlu