Göyüşov Məzahir Niyaz
Gizir
🇦🇿 Azərbaycan Şəhidi

Göyüşov Məzahir Niyaz

Ata adı: Niyaz

🐣
Doğum — Füzuli Ələsgərli kəndi
🕊️
Şəhadət — Cəbrayıl Nüzgar kəndi
📍
Dəfn Olunduğu Yer Beyləqan Xocavənd qəsəbə qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Gizir
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Məzahir Göyüşov 7 mart 1992-ci ildə Füzuli rayonunun Ələsgərli kəndində anadan olmuşdur. 1998-2009-cu illərdə əvvəlcə, Beyləqan rayon 6 saylı tam orta məktəbdə, sonra Xocavənd rayon Tuğ kənd tam orta məktəbdə təhsil almışdır. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət müxtəlif sahələrdə çalışmışdır. Ailəli idi. Bir övladı yadigar qaldı.
Məzahir Göyüşov 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Ədliyyə Nazirliyinin tabeliyində olan "N" saylı hərbi hissədə xidmət etmişdir. 2016-cı ildə "gizirlik kursu"nu bitirmiş və Quru Qoşunlarının sıralarında "gizir" rütbəsində xidmət etmişdir.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Məzahir Göyüşov BMP komandiri olaraq Lələtəpə istiqamətində vuruşmuş və fərqlənmişdir. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir.

Döyüşlərdən sonra Göyüşov hərbi xidmətinə davam etmişdir.
2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutulmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab tədbirləri görməsi nəticəsində Ermənistan Ordusu geri oturdurulmuşdur. Tarixə Tovuz döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Məzahir Göyüşov general-mayor Polad Həşimov ilə birlikdə vuruşmuş və qarşı tərəfin hücum cəhdinin qarşının alınmasında fərqlənmişdir. Həmçinin, ağır yaralı olan döyüşçüləri döyüş meydanından çıxartmışdır.

Məzahir Göyüşov döyüşlərdə xidmətinə görə hərbi hissə rəhbərliyi tərəfindən fəxri fərman və təşəkkürnamələrlə təltif edilmişdir.

Azərbaycan Ordusunun giziri olan Məzahir Göyüşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Məzahir Göyüşov 30 sentyabr 2020-ci ildə Cəbrayıl rayonunun Nüzgar kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məzahir Göyüşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Məzahir Göyüşov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məzahir Göyüşov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Məzahir Göyüşov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, xalqını və millətini çox sevən olub. Hər zaman torpaq və vətən uğrunda canını qurban verməyə hazır olan, qayğıkeşliyi və mehribançılığı ilə həmişə fərqlənərdi. Valideynlərini və ailəsini çox sevirdi

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Beyləqan rayon 6 saylı tam orta məktəb
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Göyüşov Niyaz Zəkara oğlu Ana: Əliyeva Xuraman Əli qızı Həyat yoldaşı: Göyüşova Arzu Akif qızı Oğlu: Göyüşov Məzahir Məzahir oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər