Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Zabil
Murad Gözəlov 12 may 1995-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. 2001-ci ildə Şəmsəddin Orucov adına Həsənabad qəsəbə tam orta məktəbə daxil olmuşdur. 2010-cu ildə məktəbi bitirmişdir. 2010-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinə Neft və Qaz emalı fakültəsinə qəbul olur. 2014-cü ildə kollec təhsilini bitirmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Baş kəşfiyyatçı Murad Gözəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı, sentyabrın 27-də könüllü olaraq döyüşlərə qatılır. Kəşfiyyat qrupunda döyüşən Murad mərdliyi, rəşadəti ilə seçilmiş, döyüşün fəal iştirakçılarından olmuşdur. Murad Gözəlov oktyabr ayının 30-da Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir. Murad Gözəlov noyabr ayının 5-də Neftçala rayonunda dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Gözəlov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Gözəlov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Gözəlov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Murad Gözəlov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Murad Gözəlov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Gözəlov Murad Zabil oğlu hər yerdə öz tərbiyəsi ilə hər zaman seçilirdi. İşçi kollektivi arasında da çox böyük hörmət sahibi idi. Vətənpərvərlik ruhu olduqca yüksək olan Murad, şəhid əmisi Gözəlov Hüseyin Sultan oğlunun yolunu davam etdirdi.
Ata: Gözəlov Zabil Sultan oğlu Ana: Gözəlova Mədinə Əlizadə qızı Qardaş: Gözəlov Orxan Zabil oğlu