Gözəlov Xalid Həsən
Baş leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Gözəlov Xalid Həsən

Ata adı: Həsən

🐣
Doğum — Biləsuvar Aşağı Cürəli kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Bakı II Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Baş leytenant
Qoşun Növü Dövlət Sərhəd Xidməti
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Qubadlı

Təltif Edildiyi Orden və Medallar

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Xalid Gözəlov 4 yanvar 1996-cı ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olmuşdur. 2002-ci ildə Zaqatala şəhər 2 saylı tam orta məktəbində təhsil almağa başlamışdır. Orta təhsilini 2012-ci ildə Biləsuvarda yerləşən Oktay Babayev adına orta məktəbdə bitirmişdir. 2012-2016-cı illərdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil almışdır. Subay idi.
Xalid Gözəlov akademiyanı bitirdikdən sonra 2016-cı ildə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında "leytenant" rütbəsi və pilot vəzifəsi ilə xidmətə başlamışdır. 2019-cu ildə "baş leytenant" rütbəsi almışdır.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının baş leytenantı olan hərbi pilot Xalid Gözəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Xalid Gözəlov 27 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı mayor, hərbi pilot Abbas Qasımov ilə birgə şəhid olmuşdur. II Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Vətən müharibəsinin başladığı birinci dəqiqələrdə şəhid olan Xalid Gözəlov və mayor Abbas Qasımov müharibənin birinci şəhidləri oldular.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Gözəlov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Gözəlov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Gözəlov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Xalid mülayim, sakit və yardımsevər bir insan idi. Heç kimin xətrinə daəyməz, hamı ilə yaxşı yola gedərdi. Şənlənməyi, deyib-gülməyi və zarafat etməyi xoşlayırdı. Yaşadığı kənddə, oxuduğu məktəbdə və iş yerində öz tərbiyəsi və dürüstlüyü ilə çox böyük hörmət qazanıb, hamının sevimlisinə çevrilmişdi. Ailəsinə, qohumlarına qarşı qayğıkeş və diqqətcil idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şəhid Oktay Babayev adına Aşağı Cürəli kənd tam orta məktəbi
Ali Təhsil Dövlət Sərhəd Xidməti Akademiyası
İş Yeri Azərbaycan Dövlət Sərhəd Xidməti
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Gözəlov Həsən Həzi oğlu Ana: Gözəlova Sona Qədir qızı Qardaş: Gözəlov Davud Həsən oğlu Qardaş: Gözəlov Fərid Həsən oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər