Güləliyev Vüsal Azər
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Güləliyev Vüsal Azər

Ata adı: Azər

🐣
Doğum — Siyəzən
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Siyəzən Siyəzən şəhər qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda

Həyat Yolu və Şəhadət Tarixçəsi

Güləliyev Vüsal Azər oğlu 19 noyabr 2001-ci ildə Siyəzən rayonunda anadan olmuşdur. 2008-ci ildə Siyəzən şəhər 5 saylı tam orta məktəbin 1- ci sinifinə daxil olmuşdur. 2019-cu ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2020 -ci ilin yanvarın 6-da həqiqi hərbi xidmətə yollanmışdır. 29 oktyabr 2020-ci il tarixində Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Müharibənin ilk günlərində döyüşlərə qatılaraq Füzuli rayonunun işğaldan azad olunmasında böyük igidlik göstərib. Xocavənd uğurunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Güləliyev Vüsal Azər oğlu ölümündən sonra "Vətən uğrunda" medalı təltif olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Güləliyev Vüsal Azər oğlu ölümündən sonra "Vətən uğrunda" medalı təltif olunub.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Güləliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Vüsal gülərüz, sakit xarakterli, mehriban, səmimi bir insan idi. Əsas vaxtını ailəsi və dostları ilə keçirirmış. Müəllimləri və sinif yoldaşları ona xüsusi rəğbət bəsləyərmiş. Ailəsi Vüsalla çox fəxr etdiklərini bildirirlər.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Siyəzən şəhər 5 saylı orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Güləliyev Azər Müzəffər oğlu Ana: Güləliyeva Jalə Rasim qızı Qardaş: Güləliyev Bəhman Azər oğlu Qardaş: Güləliyev Əli Azər oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər