Gülməliyev Ağamirzə Ağabəy
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Gülməliyev Ağamirzə Ağabəy

Ata adı: Ağabəy

🐣
Doğum — Bakı Şanqar qəsəbəsi
🕊️
Şəhadət — Kəlbəcər
📍
Dəfn Olunduğu Yer Bakı Şanqar qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər ⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Şəhid Gülməliyev Ağamirzə Ağabəy oğlu 2 aprel, 2002-ci ildə Qaradağ rayonunda dünyaya gəlib. 2020-ci il, iyulun 6-da hərbi xidmətə çağırılıb. Goranboy rayonu istiqamətində döyüşüb.

1 oktyabr, 2020-ci ildə Goranboy rayonu Tapqaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Gülmaliyev Ağamirzə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən, Gülmaliyev Ağamirzə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, Gülməliyev Ağamirzə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Gülməliyev Ağamirzə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Uşaqlıqdan hərbiyə böyük həvəsi olub. Hər zaman əsgər formasını geyinmək istəyi olub. Vətəninə çox bağlı olub. Həmişə deyirmiş ki, mən vətənim uğrunda şəhid olacam.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Qızıldaş qəsəbəsi 180 nömrəli məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Gülməliyev Ağabəy Ağamirzə Ana: Gülməliyeva Şəhla Həsmbala qızı Bacı: Niftəliyeva Xatirə Ağabəy qızı Bacı: Gülməliyeva Sevda Ağabəy qızı Qardaş: Gülməliyev Ağalar Ağabəy oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər