Gülüşov Rəmal Şahin
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Gülüşov Rəmal Şahin

Ata adı: Şahin

🐣
Doğum — Ucar Qaracallı kəndi
🕊️
Şəhadət — Tərtər
📍
Dəfn Olunduğu Yer Ucar Qaracallı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Rəmal Gülüşov 5 avqust 1995-ci ildə Ucar rayonunun Qaracallı kəndində anadan olmuşdur. Ucar rayon Qaracallı kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır.
Azərbaycan Ordusunun əsgəri olan Rəmal Gülüşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Suqovuşanın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rəmal Gülüşov 15 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəmal Gülüşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəmal Gülüşov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Rəmal Gülüşov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Rəmal çox işgüzar ailəsinə, mərd, qorxmaz, ürəyi bütöv idi. Ailənin bütün işlərinə köməklik edərdi. Çox məsuliyyətli bir oğlan idi. Onun ətrafında çoxlu dostları vardı, boş vaxtlarını dostları ilə keçirməyi çox sevirdi. Onu vətəninə, millətinə olan sevgisi mənfur düşmənlər tərəfindən işğal edilmiş torpaqlarımızın azad olunması üçün canından keçərək Şəhidlik zirvəsinə ucaltdı.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Qaracallı kənd orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Gülüşov Şahin Əlövsət oğlu Ana: Gülüşova Mahizər Səftər qızı Qardaş: Gülüşov Cahid Şahin oğlu Bacı: Gülüşova Rahidə Şahin qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər