Hacı-İsmayılov Rahib Məmmədemin
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Hacı-İsmayılov Rahib Məmmədemin

Ata adı: Məmmədemin

🐣
Doğum — Şəki
🕊️
Şəhadət — Tərtər
📍
Dəfn Olunduğu Yer Şəki Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Hacı-İsmayılov Rahib Məmmədəmin oğlu 17 sentyabr 1991-ci ildə anadan olubSentyabr ayının 30-dan könüllü olaraq döyüşlərə gedən Rahib Tərtərin Tülkü Dərəsi, Qapanlı, Ballı Qaya istiqamətində gedən şiddətli döyüşlərdə iştirak edib. Daha sonra Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə iştirak edən igidimiz Ağdərənin azadlığı uğrunda gedən ağır döyüşlərdə oktyabrın 20-si qəhrəmancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Hacıismayılov Rahib ölümündən sonra "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Hacıismayılov Rahib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Zarafatcıl, vətənpərvər olub. Ətrafındakı yaxınları deyəndəki, hələ getmə nə zaman çağırış olsa o zaman gedərsən, cavabında isə "sən getmə, mən getməyim, bəs vətəni erməni dığalarından kim təmizləsin?" deyib. Xüsusilə Xocalının qisasını almaq istəyirdi. 2013-2014-cü illərdə öz şəxsi sosial şəbəkə hesabında şəhidlər haqqında paylaşım edib. Devizi isə "qələbə və cənnət bizim üçün yazılıb"

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şəki şəhər19 saylı orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata:Hacı-İsmayılov Məmmədemin Tofiq oğlu Ana: Hacı-İsmayılova Tangiz Fikrət qızı Qardaş: Hacı-İsmayılov Rəvan Məmmədəmin oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər