Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Bəhruz
Hacılı Feyruz Bəhruz oğlu 4 mart, 1994-cü ildə Bakı şəhərində anadan olub.. Orta məktəbi bitirdikdən sonra Tibb Universitetinə daxil olub və oranı müvəffəqiyyətlə bitirib.
Sentyabrın 27-də başlayan Vətən müharibəsini eşidən Feyruz tələsik öz işlərini qaydasına salaraq, qohumlarından, ata-anasından halallıq alıb, sanki şəhid olacağı ürəyinə damıb.
Sentyabrın 30-da ona Hərbi Səfərbərlikdən çağırış gəlib və orduya yollanıb. Füzuli və Hadrut istiqamətində qızğın döyüşlərdə iştirak edib. Oktyabrın 14-də ayağının şah damarından qəlpə yarası alıb, həmin ayın 17-də şəhidlik zirvəsinə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Hacılı Feyruz Bəhruz oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Hacılı Feyruz Bəhruz oğlu ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Hacılı Feyruz Bəhruz oğlu ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Hacılı Feyruz Bəhruz oğlu ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ailəcanlı, valideynlərinin qədrin bilən, dost qədri bilən oğlan idi. Öz klinikasını açmağı arzulayırdı. Atasının əziyyətli işdə çalışmaması üçün öz karyerasını qurmaq istəyirdi.
Ata: Hacıyev Bəhruz Seyruz oğlu Ana: Hacıyeva Həbibə Süsən qızı Qardaş: Hacılı Pərviz Bəhruz oğlu Bacı: Hacıyeva Gülsüm Bəhruz qızı