Hacıyev Aydəmir Sənan
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Hacıyev Aydəmir Sənan

Ata adı: Sənan

🐣
Doğum — Quba Qırmızı qəsəbə
🕊️
Şəhadət — Xocavənd Qırmızı bazar qəsəbə
📍
Dəfn Olunduğu Yer Quba Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Şəhid Aydəmir Sənan oğlu Hacıyev 1992-ci ildə Quba rayonu Qırmızı qəsəbədə anadan olub.

Aydəmir 17 oktyabr 2020-ci il tarixində Vətəni düşmənlərdən qorumaq üçün cəbhəyə yollanıb. O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzuli, Cəbrayıl, Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 

Aydəmir Hacıyev Xocavəndin Zoğalbulaq kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aydəmir Hacıyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Aydəmir Hacıyev ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Aydəmir Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Gülərüz, səmimi çox mehriban olub. Hər hansı bir tapşırılanda baş üstə deməyi xoşlayıb.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Qırmızı qəsəbə tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Aydəmirov Sənan Ağaəli oğlu Ana: Aydəmirova Zülfiyyə Əsədulla qızı Bacı: Hacıbalayeva Ülviyyə Sənan qızı Bacı: Həsənova Zamiyə Sənan qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər