Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Yaqub
Elnur Hacıyev 1979-cu il iyunun 12-də Ucar şəhərində anadan olub. 1986-1996-cı illərdə Ucar şəhərində 5 nömrəli tam orta məktəbdə təhsil alıb. 1997-2002-ci illərdə isə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində ali hərbi təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı.
Elnur Hacıyev 2002-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmə edirdi. O, 2002-2006-cı illərdə Qobustan rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2006-2011-ci illərdə Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2011-2015-ci illərdə Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2015-2019-cu illərdə Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2019-cu ildən isə Ağstafa rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi.
Azərbaycan Ordusunun mayoru olan Elnur Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Hacıyev oktyabrın 17-də Füzuli döyüşləri zamanı şəhid olub. Ucar Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elnur Hacıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elnur Hacıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Hacıyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Vətənpərvər, intizamlı, peşəkar, ailəcanlı, zarafatcıl, mehriban, qayğıkeş insan olduğu bildirilir. Vətən müharibəsi başlayan zaman təqaüddə olub.
Ata: Hacıyev Yaqub Sabir oğlu Ana: Hacıyeva Hicran Ağaqulu qızı Həyat yoldaşı: Hacıyeva Elnarə Vəli qızı Qızı: Hacızadə Hicran Elnur qızı Bacı: Hacıyeva Elnarə Yaqub qızı Bacı: Cabarlı Tünzalə Yaqub qızı