Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Təşkilat
Fərid Hacıyev 4 oktyabr 1989-cu ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur. 4 yaşı olarkən Ermənistan Silahlı Qüvvələrinin Cəbrayılı işğalı nəticəsində ailəsi ilə birlikdə kəndindən məcburi şəkildə köçmüşdür. 2005-ci ildə Şirvan şəhərində təşkil olunmuş “Şahin” hərbi idman oyunlarının zona yarışlarında 14 komanda arasında onun komandası dördüncü yerə layiq görülmüşdür. O, 2006-cı ildə İ. Quliyev adına Cəbrayıl rayon Böyük Mərcanlı kənd tam orta məktəbindən məzun olmuşdur. Ailəli idi, Eşqin və Əli adlı 2 oğlu yadigar qaldı.
Fərid Hacıyev Azərbaycan Silahlı Qüvvələrinin sıralarında 2014-cü ildən hərbi xidmətdə idi. Hərbi xidmət zamanı 2016-cı ildə Aprel döyüşlərində iştirak etmişdir. İkinci Qarabağ müharibəsindən 1 ay əvvəl təlimlərə qoşulmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Fərid Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Fərid Hacıyev 28 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Fərid Hacıyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Hacıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Hacıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Hacıyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Fərid Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, cəsur, qorxmaz insan olub.
Ana: Quliyeva Zəminə Hidayət qızı Bacı: Hacıyeva Fəridə Təşkilat qızı Qardaş: Hacıyev Xəyal Təşkilat oğlu Qardaş: Hacıyev Füzuli Təşkilat oğlu Bacı: Hacıyeva Ceyran Təşkilat qızı Qardaş: Hacıyev Samid Təşkilat oğlu Bacı: Hacıyeva Fatimə Təşkilat oğlu Qardaş: Hacıyev Sakit Təşkilat oğlu Bacı: Hacıyeva Fərizə Təşkilat qızı Həyat yoldaşı: Yusifova Azadə Elxan qızı Oğlu: Hacıyev Əli Fərid oğlu Oğlu: Hacıyev Eşqin Fərid oğlu