Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Rafiq
Hacıyev Hacı Rafiq oğlu 25.09.1999-cu ildə Qax rayonunun Çüdüllü kəndində anadan olmuşdur. 2005-ci ildə Çüdüllü kənd umumi məktəbinin birinci sinfinə daxil olub. Doqquzuncu sinfi bitirdikdən sonra təhsilini Marsan kənd tam orta məktəbində davam etdirmişdir.
2017-ci ildə həqiqi hərbi xidmətə çağırılmış və 2019-cu ildə hərbi xidmətini bitirmişdir. Vətən müharibəsində Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və ”Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Hacıyev Hacı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mülayim xarakterli, vətənpərvər insan idi.
Ata: Hacıyev Rafik Məmməd oğlu Ana: Xəlilova Bahar Əhməd qızı Bacı: Hacıyeva Həvva Rafik qızı Bacı: Hacıyeva Nübar Rafik qızı