Hacıyev İntiqam Eynullah
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Hacıyev İntiqam Eynullah

Ata adı: Eynullah

🐣
Doğum — Ağcabədi Kürdlər kəndi
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Ağcabədi Kürdlər kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

İntiqam Hacıyev 11 oktyabr 1998-ci ildə Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olmuşdur. Ağcabədi rayon Minaxorlu kənd tam orta məktəbində təhsil almışdır. İntiqam Hacıyev 21 sentyabr 2020-ci ildən hərbi təlim toplantılarına çağırılmışdır.

Azərbaycan Ordusunun əsgəri olan İntiqam Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq vuruşmuşdur. Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Döyüşlərdə yaralanmış və Ağcabədi rayonunun Muğanlı kəndinə gətirilmişdir. İntiqam Hacıyev 13 oktyabr 2020-ci ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İntiqam Hacıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən İntiqam Hacıyev ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər idi, hamının sevimlisi olub, nümunəvi idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Ağcabədi Kürdlər kənd orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Hacıyev Eynullah Bəhram oğlu Ana: Hacıyeva Zenfira Hümbət qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər