Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Eynulla
Murad Eynulla oğlu Hacıyev 18 oktyabr 1997-ci ildə Ağdaşın Gürcuva kəndində anadan olub.
Murad müharibə zamanı manqa komandiri kimi hərbi xidmətini yerinə yetirib. Tərtər-Ağdərə istiqamətində döyüş yolu keçib. 13 oktyabr 2020-ci ildəTərtər-Ağdərə bölgəsində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından həlak olub.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Murad Hacıyev “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Murad Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, cəsur, qorxmaz, mehriban insan olub.
Ata: Hacıyev Eynulla Əliqulu oğlu Ana: Hacıyeva Şə Əzimə Əlibəy qızı Qardaş: Hacıyev Tural Eynulla oğlu