Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Şahlar
Şəhriyar Hacıyev 2 avqust 1999-cu il tarixdə Gədəbəy rayonu, Novoivanovka kəndində anadan olub. 2005-2016-cı illərdə Abşeron rayonu,Xırdalan şəhər 6 nömrəli tam orta məktəbdə təhsil alıb. 2018-ci ildə həqiqi hərbi xidməti başa vurub.
Şəhriyar Hacıyev Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Talış kənd və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 26 oktyabr 2020-ci il tarixdə Vətən müharibəsi döyüşlərində qəhrəmancasına Şəhid olub.
Şəhriyar Hacıyevin atası Şahlar Hacıyev I Qarabağ müharibəsində iştirak edib, yaralanıb. Şəhriyar atasının yaralandığı yerdə, Ballıqayada şəhidlik zirvəsinə yüksəlib. Novoivanovka kənd qəbirstanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şəhriyar Hacıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şəhriyar Hacıyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Şəhriyar Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənpərvər, intizamlı, cəsur, mehriban, gülərüz insan olduğu bildirilir.
Ata: Hacıyev Şahlar Cəfər oğlu Ana: Hacıyeva Zəminə Fərhad qızı Bacı: Hacıyeva Şəlalə Şahlar qızı