Hacıyusifov Əhməd Teymur
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Hacıyusifov Əhməd Teymur

Ata adı: Teymur

🐣
Doğum — Şəki Baş Göynük kəndi
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Şəki Baş Göynük kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Xocavənd ⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Əhməd Teymur oğlu Hacıyusifov 2001-ci ildə Şəki rayonunun Baş Göynük kəndində anadan olub. 2007-2018 ci illərdə Şəki rayon Baş Göynük kənd 2 saylı tam orta məktəbdə təhsil alıb. 2019-cu ildən Ağcabədi rayonu ərazisində N saylı hərbi hissədə əsgəri xidmətə başlayıb.

Azərbaycan Ordusunun əsgəri olan Əhməd Hacıyusifov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan əraziləri azad etmək və Azərbaycanın ərazi bötüvlüyünü bərpa etmək uğrunda başlanan Vətən müharibəsində iştirak edib. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı istiqamətində həyata keçirilən döyüşlərin iştirakçısı olub. Cəbrayıl, Füzuli istiqamətində döyüşlərdə qəhramanlıq göstərib. Bu igidliyinə görə Əhməd Hacıyusifova fərqlənmə sertifikatı verilib, hərbi hissə komandanlığı tərəfindən ailəsinə təşəkkür edilib. Əhməd Hacıyusifov Şuşa uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olub. 6 noyabr 2020-ci il tarixdə doğulduğu Şəki rayonunun Baş Göynük kəndində canı qədər sevdiyi torpağa tapşırılıb.

Döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Əhməd Teymur oğlu Hacıyusifov “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Əhməd Teymur oğlu Hacıyusifov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Sakit, hamı ilə dil tapan, mərd, el-obaya bağlı biri olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şəki rayonu Baş Göynük kəndi 2 saylı məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Nöbərov Teymur Əhməd oğlu Ana: Hacıyusifova Təranə Hikmət qızı Bacı: Hacıyusifova Arzu Teymur qızı Bacı: Hacıyusifova Nərminə Teymur qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər