Haqverdiyev Ayhan Akif
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Haqverdiyev Ayhan Akif

Ata adı: Akif

🐣
Doğum — Bakı
🕊️
Şəhadət — Füzuli Qaraxanbəyli kəndi
📍
Dəfn Olunduğu Yer Bakı Binəqədi kəndi Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Haqverdiyev Ayhan Akif oğlu 2002-ci il mart ayının 28-də Bakı şəhəri Nəsimi rayonunda anadan olub. 2004-cü ildə isə ailəsi ilə birlikdə Binəqədi rayonuna köçüblər. 2008-ci ildə Cəbrayıl rayonu Əsgər Veysəlov adına Sirik kənd orta məktəbinin birinci sinifinə daxil olub. Ayhan istər uşaqlıq, istərsə də məktəb dövründə öz qorxmazlığı və igidliyi ilə seçilib.

2020-ci il sentyabr ayının 27-də mənfur erməni təxribatlarının qarşısını almaq və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda Ayhan da öz canı, qanı bahasına döyüşlərdə iştirak edib. O, Füzuli istiqamətində gedən döyüşlərdə, Qaraxanlı kəndində Üçtəpə deyilən ərazidə 30 sentyabr 2020-ci il tarixində ağır yaralanıb. Ayhan yaralandıqdan sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılsa da, 4 gün komada qaldıqdan sonra 4 oktyabr tarixində şəhadətə qovuşub. Şəhidimiz Binəqədi qəsəbəsi qəbristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban Kompleksində böyük izdihamla dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayhan Haqverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayhan Haqverdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ayhan Haqverdiyev ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Deyib-gülən, xoş təəssürat bağışlayan, ünsiyyətcil, mehriban və səmimi bir insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Cəbrayıl rayonu, Sirik kənd tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Haqverdiyev Akif Abid oğlu Ana: Haqverdiyeva İntizar Vilayət qızı Qardaş: Haqverdiyev Sərxan Akif oğlu Bacı: Haqverdiyeva Ayişə Akif qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər