Haşımov Fuad Ceyhun
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Haşımov Fuad Ceyhun

Ata adı: Ceyhun

🐣
Doğum — Abşeron Digah qəsəbəsi.
🕊️
Şəhadət — Xocavənd Tuğ kəndi
📍
Dəfn Olunduğu Yer Bakı Digah qəsəbə qəbirstanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd ⚔️ Cəbrayıl ⚔️ Kəlbəcər ⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Rəşadət" ordeni

III dərəcəli "Rəşadət" ordeni

"Rəşadət" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Fuad Haşımov 1996-cı il sentyabr ayının 1-də Abşeron rayonunun Digah qəsəbəsində anadan olmuşdur. 2002-ci ildə Abşeron rayonu S.Məmmədov adına Digah qəsəbə tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 2013-cü ildə isə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. 2006-cı ildə "Zəngəzur" PFK klubuna daxil olmuş, 2007-ci ildə "Sabahın ulduzları" Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə 10–16 yaşlı uşaqlar arasında keçirilən Bakı birinciliyində iştirak etmişdir. 2008-ci ilin noyabr ayında futbol üzrə klub-komanda birinciliyində II dəstədə II yerə layiq görülmüşdür. 2014-cü ildən 2018-ci ilə qədər isə "Neftçi" PFK futbol klubu ilə müqavilə imzalamışdır.

2018-ci ilin oktyabr ayının 1-də hərbi xidmətə çağırılıb, "N" saylı hərbi hissənin istehkam bölüyündə xidmət etmişdir. Xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı, bacarıqlı,təşəbbüskar, hərbi nizamnamələrin və qanunların tələblərini layiqincə dərk edən, komandirlərin və rəislərin əmr və göstərişlərini vaxtında düzgün və dəqiq yerinə yetirən, beləliklə də hərbi xidmətə vətəndaşlıq borcu kimi münasibət göstərən, hərbi qulluqçu kimi tanıtdırmışdır. 2019-cu ilin may ayının 27-də "N" saylı hərbi hissənin komandiri tərəfindən ailəsinə təşəkkür məktubu göndərilmişdir. 2019-cu ilin dekabr ayında Xüsusi Təyinatlı Qüvvələr kursunu keçmək üçün "N" saylı hərbi hissəyə ezam olub. Kursu bitirdikdən sonra 2020-ci ilin may ayından Xüsusi Təyinatlı Qüvvələrdə Kəşfiyyatçı İstehkamçı ixtisası üzrə xidmətini davam etdirib.


2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər rayonu istiqamətində, Murovdağ yüksəklikləri uğrunda döyüşlərdə iştirak edib. Bir müddət sonra Füzuli ,Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. 9 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Hadrutun azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub.

Oktyabr ayının 22-də Xocavəndin Tuğ kəndində ağır yaralanıb, yaralı halda ayağa qalxaraq son damla qanına qədər vuruşaraq şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Haşımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Haşımov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fuad Haşımov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fuad Haşımov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fuad Haşımov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Fuad Haşımov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Fuad Haşımov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Döyüş yoldaşlarının dediyinə görə güllə yarası aldıqdan sonra 1 saat dayanmadan döyüşüb.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Digah qəsəbəsi S.Məmmədov adına tam orta məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi. Xüsusi Təyinatlı Qüvvələrin
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Atası: Haşımov Ceyhun Kamil oğlu Anası: Haşımova Süsən Pirqulu qızı Bacısı: Haşımova Sutunxanım Ceyhun qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər