Haxverdiyev Novruz Əli
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Haxverdiyev Novruz Əli

Ata adı: Əli

🐣
Doğum — Daşkəsən Alunitdağ qəsəbəsi
🕊️
Şəhadət — Murovdağ
📍
Dəfn Olunduğu Yer Gəncə Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Murovdağ ⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Novruz Haxverdiyev 25 mart 1996-cı ildə Daşkəsən rayonunun Alunitdağ qəsəbəsində Əli Haxverdiyevin dörduşaqlı ailəsində anadan olmuşdur. 2003-2014-cü illərdə Daşkəsən rayon Alunitdağ qəsəbə tam orta məktəbdə təhsil almışdır. Subay idi.
Novruz Haxverdiyev 2014-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "N" saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur.

Azərbaycan Ordusunun əsgəri olan Novruz Haxverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Novruz Haxverdiyev 2 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. Müdafiə Nazirliyi onun itkin olduğunu bildirərək intensiv axtarışlara başlamışdır. Nəticədə, Haxverdiyevin nəşi 19 yanvar 2021-ci ildə tapılaraq Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Novruz Haxverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Novruz Haxverdiyev ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Novruz Haxverdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Gülərüz, səmimi, mərd, cəsur, vətənpərvər, igid oğlan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Daşkəsən rayonu, Alunitdağ qəsəbəsi Rövşən Qafarov adına tam orta məktəb
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Haxverdiyev Əli Qiblət oğlu Ana: Haxverdiyeva Kifayət Məhəmməd qızı Bacı: Haxverdiyeva Samirə Əli qızı Bacı: Verdiyeva Səidə Əli qızı Qardaş: Haxverdiyev Bayram Əli oğlu Həyat yoldaşı: Haxverdiyeva Rəfiqə Aqil qızı Qızı: Haxverdiyeva İnci Novruz qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər