Həbibi Fizuli Nizami
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Həbibi Fizuli Nizami

Ata adı: Nizami

🐣
Doğum — Cəlilabad
🕊️
Şəhadət — Qubadlı
📍
Dəfn Olunduğu Yer Cəlilabad Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Qubadlı ⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Fizuli  Nizami oğlu Həbibi 8 mart 1995-ci ildə Cəlilabad şəhərində anadan olub. 2012-ci ildə Cəlilabad şəhər 8 nömrəli məktəb-liseyində orta təhsil almışdı. 2013-cü ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb, 2014-cu ildə əsgərlik borcunu yerinə yetirmişdir.

Torpaqlarımızın azğın düşməndən geri alınması uğrunda Vətən müharibəsi başlayanda bütün vətənpərvər oğullarımız kimi Füzuli də sentyabrın 29-da könüllü olaraq cəbhəyə getmişdi. O, erməni hərbi birləşmələrinə qarşı mərdliklə vuruşmuş, Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının və Suqovuşanın alınmasında şücaət göstərmişdir. Həbibi Füzuli Nizami oğlu 31 oktyabr 2020-ci ildə Qubadlı ətrafında gedən döyüşlərdə son damla qanınadək vuruşmuş, qəhrəmancasına şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Füzuli Həbibi ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Füzuli Həbibi ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Füzuli Həbibi ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Füzuli Həbibi ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Ailəcanlı, mehriban, dostcanlı, səmimi insan olub.Vətənini çox sevirdi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Cəlilabad rayon 8 saylı tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Həbibli Nizami Fazil oğlu Ana: Həbibova Azadə Yaşar qızı Qardaş: Həbibi Məhəmməd Nizami oğlu Qardaş: Həbibi Samir Nizami oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər