Həmidli Cavanşir Namik
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Həmidli Cavanşir Namik

Ata adı: Namik

🐣
Doğum — Lerik Çayrud kəndi
🕊️
Şəhadət — Cəbrayıl
📍
Dəfn Olunduğu Yer Lerik Çayrud kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Cavanşir Namiq oğlu Həmidli 20 oktyabr 1997-ci ildə Lerik rayonunun Çayrud kəndində, ziyalı ailəsində anadan olub. Ailədə 6 nəfər olublar. Uşaqlıq illəri doğulduğu kənddə keçib. 2015-ci ildə şəhid Elşən Səfərov adına Çayrud kənd tam orta məktəbini bitirdikdən sonra Lənkəran Dövlət Universitetinin "İqtisadiyyat və idarəetmə" fakültəsinə qəbul olub. 2019-cu ildə universitetini bitirərək "Maliyyə" ixtisası ürə bakalavr dərəcəsi alıb.

Vətən qarşısında borcunu yerinə yetirmək üçün 2019-cu ilin iyul ayında Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Cavanşir Həmidli Milli Ordunun "N" saylı "Həmlə" Əlahiddə Əməliyyat Taborunun xüsusi təyinatlısı kimi hərbi təlimlərə qatılaraq hərbi texnikanın və döyüş silahlarının istifadəsini yüksək səviyyədə mənimsəməklə hərbi hissə rəhbərliyinin rəğbətini qazanıb.

Təcavüzkar erməni faşistlərinin ölkəmizə iyul 2020-ci il təcavüzü səbəbiylə hərbi hissə komandanlığına ön cəphəyə göndərilməsi üçün bir neçə dəfə raport ilə müraciət edib. 2020-ci ilin sentyabr tarixində II Qarabağ müharibəsi başladığı gündən Cavanşir də taboru ilə birgə tabor yoldaşları ilə birgə torpaqlarımızın düşmən işğalından azad edilməsi üçün döyüşə qatılır.

Tərtər-Ağdərə istiqamətində Talış və Suqovuşan yaşayış məntəqələrinin, bir sıra strateji yüksəkliklərin alınmasında yüksək fədakarlıq və şücaət göstərərək onlarla erməni əsgərini məhv edib. Sonradan Füzuli rayonunun bir sıra kəndlərinin və Cəbrayıl rayonunun mərkəzi də daxil olmaqla bir neçə yaşayış məntəqələrinindüşmən taptağından azad olunmasında müstəsna qəhrəmanlıqlar göstərib. Döyüşlər zamanı öz həyatını təhlükəyə ataraq bir neçə yaralı əsgər yoldaşını əsgər yoldaşını döyüş zonasından böyük əzmkarlıq və rəşadət göstərərək çıxarıb. Əsgər Cavanşir Həmidli 07 oktyabr tarixində Cəbrayıl rayonunun Nüzgar kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olaraq adını qızıl hərflərlə tarixə yazıb.

Lənkəran Dövlət Universitetinin məzunu olan Cavanşir 2018-ci ildən “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüləri sırasına qoşulmuşdu. Könüllülük fəaliyyəti dövründə də vətənpərvərliyi ilə seçilən Cavanşir elə müqəddəs Vətən uğrunda, üç rəngli Bayrağımız uğrunda canını fəda edərək könüllü dostlarının, tanıyanlarının yaddaşlarında əbədi taxt qurdu.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Çayrud kəndində anadan olan əsgər Cavanşir Namik oğlu Həmidli ölümündən sonra "Füzulinin azad olunmasına görə", “Cəsur döyüşçü” və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Cavanşir Namik oğlu Həmidli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mehriban, gülərüz, xoşrəftar, qayğıkeş, vətənpərvər bir gənc olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Lerik rayonu, Çayrud kənd tam orta məktəb
Ali Təhsil Lənkəran Dövlət Universiteti
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Həmidov Namiq Gülhəsən oğlu Ana: Həmidova Aybəniz Məzahir qızı Bacı: Həmidli Nigar Namiq qızı Qardaş: Həmidli Ziya Namiq oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər