Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Əlisahib
Həmidli Həmid Əlisahib oğlu 28 iyul 1996-cı ildə Beyləqan rayonunun Milabad kəndində anadan olmuşdur. Cəbrayıl rayonu 21 saylı orta məktəbdə orta təhsilini aldıqdan sonra təhsilini Cəmşid Naxçivanski adına Hərbi liseydə davam etdirmişdir. Liseydən məzun olduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. Təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş, "kapitan" hərbi rütbəsinə qədər yüksəlmişdir.
Kapitan Həmidli Həmid Əlisahib oğlu Tovuz döyüşlərində iştirak etmiş, qorxmazlığı və cəsarəti ilə hər kəsə nümunə olmuşdur.
İkinci Qarabağ müharibəsində qəhrəmancasına iştirak etmiş, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “İgidliyə görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Həmidli Həmid Əlisahib oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Həmidli Həmid Əlisahib oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
Ailəli idi, Vətənə yadigar 2 övladı qalmışdır.
Şəhid Kapitan Həmidli Həmid Beyləqan rayonu Milabad qəsəbəsi qəbiristanlığında dəfn edilmişdir.
Mərd, cəsur, qorxusuz
Ata: İsgəndərov Əlisahib Həmid oğlu Ana: Vəliyeva Könül Təbriz qızı Bacısı: İsgəndərova Ləman Əlisahib qızı Həyat yoldaşı: Həmidli Günay Yaşar qızı Oğlu: Həmidli Əli Həmid oğlu Qızı: Həmidli Könül Həmid qızı