Həmidli Mikayıl Vüqar
Kiçik leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Həmidli Mikayıl Vüqar

Ata adı: Vüqar

🐣
Doğum — Masallı Ərkivan kəndi
🕊️
Şəhadət — Ağdərə Paprəvənd kəndi
📍
Dəfn Olunduğu Yer Bakı İkinci Fəxri Xiyaban
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Kiçik leytenant
Qoşun Növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər ⚔️ Ağdərə

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı

III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı

"Hərbi xidmətdə fərqlənməyə görə" medalı
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni
"Vətən müharibəsi iştirakçısı" medalı

"Vətən müharibəsi iştirakçısı" medalı

"Vətən müharibəsi iştirakçısı" medalı

Həyat Yolu və Şəhadət Tarixçəsi

Həmidli Mikayıl Vüqar oğlu 28 dekabr 1998-ci ildə Masallı rayonu Ərkivan kəndində anadan olmuşdur. 2003- cü ilin noyabr ayında ailəsi ilə birlikdə Rusiya Federasiyasının Verhnyaya Pışma şəhərinə köçür və 2005- ci ildə həmin şəhərdə təhsilə başlayır. 2006- cı ildə ailəsi ilə birlikdə Azərbaycana qayıdır və həmin ildən 83 nömrəli məktəb-liseydə təhsilini davam etdirir. İdmanla məşğul olan Həmidli Vüqar, 2017-ci ildə Muay-Tay üzrə Bakı birinciliyinə layiq görülür. 2017- ci ildə həqiqi hərbi xidmətə yollanan Həmidli Mikayıl 2018- ci ilin avqust ayından müddətdən artıq xidmət edən hərbi qulluçu kimi Vətənə xidmət etməyə başlayır. 2020- ci ildə gizir, 3 fevral 2023- cü ildə isə kiçik leytenant hərbi rütbələrinə layiq görülübdür. 
İkinci Qarabağ müharibəsində iştirak etmiş, Suqovuşan, Talışkənd, Ağdərə, Füzuli istiqamətində gedən döyüşlərdə cəsarətlə vuruşmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Həmidli Mikayıl  "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Həmidli Mikayıl Vüqar oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərənin Papravənd kəndi  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Həmidli Mikayıl Vüqar oğlu ölümündən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda” medalı və   3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.  

Ailəli idi, şəhidlik zirvəsinə ucaldıqdan sonra oğlu dünyaya gəlmişdir.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur, igid, vətənpərvər insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bakı şəhəri, Binəqədi rayonu Nəriman Nərimanov adına 248 saylı tam orta məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiəsi Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Həmidov Vüqar Yadulla oğlu Ana: Həmidova Lalə Abuzər qızı Bacı: Həmidli Zəhra Vüqqar qızı Həyat yoldaşı: Həmidli Leyla İlqar qızı Oğlu: Həmidli Davud Mikayıl oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər