Həmidov Mixail Hamletoviç
Baş leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Həmidov Mixail Hamletoviç

Ata adı: Hamletoviç

🐣
Doğum — Almaniya Potstam şəhəri
🕊️
Şəhadət — Füzuli Qaraxanbəyli kəndi
📍
Dəfn Olunduğu Yer Bakı II Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Baş leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Mixail Həmidov 1983-cü il dekabrın 18-də Şərqi Almaniyanın Potsdam şəhərində hərbçi ailəsində anadan olub. 1991-1998-ci illərdə Suraxanı rayonunda P. İsmayılova adına 278 nömrəli tam orta məktəbdə, 1998-2001-ci illərdə isə Sabunçu rayonunun F. Tağıyev adına 72 nömrəli məktəb-liseyində təhsil alıb. 2001-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) qəbul olan Mixail Həmidov, 2005-ci ildə ali hərbi təhsilini bitirib. Kəşfiyyatçı olaraq 4 il ərzində Xüsusi Təyinatlı Qüvvələrdə "leytenant" hərbi rütbəsində xidmət edən Mixail Həmidov, 2009-cu ildə öz istəyi ilə Azərbaycan Silahlı Qüvvələri sıralarından "baş leytenant" hərbi rütbəsində tərxis olundu. Rus, ingilis və erməni dillərini bilirdi.

Azərbaycan Ordusundan tərxis olunmasından bir il sonra "Halal-P" firmasında çalışmağa başladı. 2013-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) daxil oldu və 2015-ci ildə həmin universiteti "Biznesin idarə edilməsi (MBA)" ixtisası üzrə magistr dərəcəsi ilə bitirdi. 2010-2016-cı illərdə "AGBank" ASC-də, 2016-cı ildən isə "Xalq Bank" ASC-ndə çalışırdı. Son olaraq "Xalq Bank" ASC-nin Mingəçevir filialının direktoru olub.

Ailəli idi. Mədinə, Mələk və Yusif adında üç övladı yadigar qaldı.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün Vətən müharibəsi başlanan da, Azərbaycan Ordusunun ehtiyatda olan baş leytenantı Mixal Həmidov öz istəyi ilə müharibəyə yollanıb. Vətən müharibəsi zamanı o, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Füzuli rayonu istiqamətində Ermənistan tərəfində olan bir neçə postun qısa müddət ərzində Azərbaycan tərəfinin nəzarəti altına alınmasında xüsusi rol oynayıb. Vətən müharibəsində silah yoldaşları tərəfindən "Mixaylo" ləqəbini qazanıb. Mixail Həmidov oktyabrın 23-də Füzuli döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mixail Həmidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mixail Həmidov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Mixail Həmidov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Mülayim, ünsiyyətcil, gülərüz insan olub. Hər yerdə hörmət qazanıb.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Sabunçu rayonu 72 saylı lisey
Ali Təhsil Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
İş Yeri "Xalq Bank" Mingəçevir şəhər filialının müdiri
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Həmidov Hamlet Abdu oğlu Ana: Həmidova Nüsrət Şərif qızı Bacı: Həmidova Rəqsanə Hamlet qızı Həyat yoldaşı: Həmidova Qismət Adil qızı Qızı: Həmidli Mədinə Mixail qızı Oğlu: Həmidli Yusif Mixail oğlu Qızı: Həmidli Mələk Mixail qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər