Həmidov Pərvin Azər
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Həmidov Pərvin Azər

Ata adı: Azər

🐣
Doğum — Yevlax Bəydilli kəndi
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Mingəçevir Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Həmidov Pərvin Azər oğlu 1994-cü ildə martın 8-i Yevlax rayonun Beydili kəndində anadan olub. 2000-ci ildə Yevlax rayonun Xaldan qəsəbəsində 1-ci sinifə gedib. 2006-ci ildə Mingəçevir şəhərinə köçüb və 2011-ci ildə 25 N-li Kəlbəcər məktəbindən məzun olub. 2012-ci ilin aprel ayında Yevlax rayonun Hərbi Komissarlığından hərbi xidmətə cağırılıb.

2013-cü ilin oktyabr ayında hərbi xidmətdən təxris olunub. İki il Gəncə Şəhəri Yol İdarəsində sürücü vəzifəsində işləyib. 2017-ci il martın 9-u ailə həyatı qurub. İki övladı var. Oğlu Həmidov Azər Pərvin oğlu 04.10.2018-ci ildə, qızı Həmidova Nilay Pərvin qızı 01.02.2020-ci ildə anadan olub.
2019-cu ilin dekabr ayında Tərtər rayonun N saylı hərbi hissədə sürücü vəzifəsində müddətdən artıq hərbi qulluqcu kimi işə başlayıb. Şəhidimizin döyüş yolu Talış Suqovuşan istiqamətindən keçib. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayarkən döyüşlərdə iştirak edib. Talış-Suqovuşan istiqamətində 457-ci yüksəklikdə 01.10.2020-ci il tarixdə şəxsi heyəti təhlükəsiz yerə çıxararkən qəhrəmancasına qəlpə yarası ilə şəhidlik zirvəsinə ucalıb. 02.10.2020-ci ildə Şəhidimizin nəşi Mingəçevir şəhərinə gətirilib və Mingəçevir şəhəri Şəhidlər Xiyabanında dəfn olunub.
Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli müvafiq sərəncamına əsasən Mingəçevirli Şəhid Həmidov Pərvin Azər oğlu “Vətən uğrunda” medalı ilə təltif olunub.

Hərbi avtomobil sürücüsü olan Pərvin Həmidov 44 günlük Vətən müharibəsində sözün əsl mənasında şərəflə döyüşüb. Cəbhənin Suqovuşan, Talış və Murov dağ istiqamətində gedən ağır döyüşlərdə qəhrəmanlığı ilə diqqət çəkib və düşmən texnikasının ələ keçirilməsində, düşmən səddinin yarılmasında xüsusi şücayət göstərib.

Suqovuşan istiqamətində gedən ağır döyüşlər onun idarə etdiyi “Ural” markalı hərbi maşın düşmən artileriyasının açdığı aramsız atəş nəticəsində vurulub və Pərvin yanındakı döyüş yoldaşları ilə birlikdə Şəhidlik zirvəsinə ucalıb.

27 yaşı martın 8-də tamam olan Pərvin Azər oğlu Həmidov Vətən muharibəsinin 5 -ci günündə – oktyabrın 2-də şəhadətə qovuşub. Döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra Ali Baş komandan İlham Əliyevin sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “ Vətən uğurunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Pərvin Həmidov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Ailəcanlı, mehriban, səmimi bir insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Kəlbəçər rayonu 25 sayli orta məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ana: Həmidova Günay Fərman qızı Qızı: Həmidov Pəri Pərvin qızı Qızı: Həmidova Nilay Pərvin qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər