Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Ehdiram
Həmidov Rəhim Ehtiram oğlu 09 fevral 1997-ci il Göyçay rayonu Mırtı kəndində doğulub. Vətən müharibəsinə 29 sentyabr 2020-ci tarixində qatılaraq, Füzuli şəhərinin və bir neçə kəndinin işğaldan azad olunmasında iştirak edib.
Bir sıra uğurlu əməliyyatlarda iştirak edib. Son dəfə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib və Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma keçərkən şəhid olub. Şəhidimizin nəşi 30 noyabrda ailəsinə təhvil verilərək Mırtı kənd qəbristanlığında dəfn olunub.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəhim Həmidov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rəhim Həmidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rəhim Həmidov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Rəhim Həmidov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ailə üzvləri bildirir ki , Rəhim vətənpərvər, ağıllı, zəhmətkeş, öz ayağının üzərində durmağı bacaran oğlan idi. Planları, arzuları çox idi. Mərifəti, qanacağı ilə həmişə nümunə olub. Rəhim zarafatcıl, danışıb gülən, mülayim, sülhhsevər insan idi. Heç kimin xətrinə dəyməzdi, incitməzdi. Başını aşağı salıb öz işləriylə məşqul idi.
Ata: Həmidov Ehdiram İslam oğlu Ana: Həmidova Məlahət Sayad qızı