Həmizəyev Şəhriyar Elman
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Həmizəyev Şəhriyar Elman

Ata adı: Elman

🐣
Doğum — Yevlax
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Göygöl Murovdağ Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

əhriyar Həmizəyev 1 mart 2001-ci ildə Yevlax şəhərində Elman Həmizəyevin ailəsində anadan olmuşdur. Əslən Kəlbəcərdəndir. 2008-2018-ci illərdə orta təhsil almışdır. Subay idi. Şəhriyar Həmizəyev 2019-cu ilin aprelində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə xidmət etmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Şəhriyar Həmizəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak etmişdir. Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Şəhriyar Həmizəyev 29 oktyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Göygöl rayonunun Murovdağ qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Həmizəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Həmizəyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şəhriyar Həmizəyev ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənini, bayrağını sevən, səmimi, mehriban, saf, gülərüz, diqqətcil, bacarıqlı, idmanı sevən gənc idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şamaxı rayon, Aslan Şirinov adına tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Həmizəyev Elman Məhəmməd oğlu Ana: Həmizəyeva Şükufə Şiralı qızı Bacı: Həmizəyeva Mehriban Elman qızı Qardaş: Həmizəyev Seymur Elman oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər