Həsənli Elçin Qəşəm
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Həsənli Elçin Qəşəm

Ata adı: Qəşəm

🐣
Doğum — Göygöl Balçılı kəndi
🕊️
Şəhadət — Kəlbəcər Murovdağ
📍
Dəfn Olunduğu Yer Göygöl Qırıqlı kənd Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Elçin Qəşəm oğlu Həsənli 1998-ci il iyun ayının 6-da Göygöl rayonun Qırıqlı kəndində anadan olmuşdur. 2005-ci ildə Qırıxlı kənd Ramiz Əsgərov adına tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2016-ci ildə məktəbi bitirmişdir. Elçin Həsənli məktəbi bitirdikdən sonra iyul ayında hərbi xidmətə çağırılmış və Füzulidə ön cəbhədə yerləşən ″N″ saylı hərbi hissədə başa vurmuşdur.

Hərbi xidməti bitirəndən sonra bir müddət Rusiya Federasiyasına işləməyə gedir. Orda müəyyən müddət çalışdıqdan sonra Azərbaycana qayıdır. Daşkəsən şəhərində yerləşən ″N″ saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu (MAHHXHQ) kimi fəaliyyətə başlayır. Kəlbəcər-Murovdağ silsiləsi istiqamətində gedən döyüşlərdə iştirak etmiş və ağır yaralanaraq itkin düşmüşdür. Ailəsi ilə son danışığı 26 sentyabrda olmuş 70 gün Elçindən ailəsi bir məlumat ala bilməmişdir. Nəhayət 5 dekabr 2020-ci il tarixində nəşi tapılır və 6 dekabr günorta saatlarında Göygöl rayonu Qırıqlı kənd Şəhidlər xiyabanında dəfn edilmişdir.

Elçin Həsənli ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.22.2020-ci il Sərəncamı ilə "Vətən uğrunda" medalı, "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elçin Həsənli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur, qoçaq, gülərüz insan olmuşdur.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Göygöl rayonu, Qırıqlı kənd Ramiz Əsgərov adına tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Həsənov Qəşəm Xəlil oğlu Ana: Həsənova Gülnarə İsa qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər