📜 Günün Müqəddəs Ayəsi (Furqan surəsi, 74-cü ayə)
📜 Günün Müqəddəs Ayəsi (. Bəqərə surəsi, 286-cı ayə)
Bilirdinizmi?
Salamları
Allah
Allah
Ata adı: Vaqif
Elçin Həsənli 1993-cü il iyunun 16-da Ağstafa rayonunda Həsənsu kəndində anadan olub. 1999-cu ildə Bakının Suraxanı rayonundakı 290 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2010-cu ildə A. Abdullayev adına 211 saylı Nəsimi rayon tam orta məktəbi bitirib, 2010–2014-cü illərdə Azərbaycan Texniki Universitetində Elektrotexnika ve Energetika fakültəsində təhsil alıb. 2014-cü ildə Azərbaycan Texniki Universitetində magistratura pilləsinə daxil olub və 2017-ci ildə Elektrik mühəndisliyi ixtisasını fərqlənmə diplomu ilə bitirib. 2017-ci ildə İtaliyanın Roma şəhərində UNİNETTİNO Universitetində "Bərpa olunan enerji qaynaqları" üzrə kursda iştirak edib, sertifikat alıb. 2018-ci ildə Şirvan ASC-nin mühəndisi, Sabirabadda ASAN Xidmətin əməkdaşı olub. Doktorantura pilləsi üzrə təhsilini isə 2019-cu ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində alırdı. Elçin Həsənli Şirvan şəhərində mühəndis olaraq fəaliyyət göstərirdi. Subay idi.
Elçin Həsənli 2014–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elçin Həsənli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Elçin Həsənli noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Xırdalan şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Həsənli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Həsənli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Həsənli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elçin Həsənli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Elçin uşaqlığından vətənpərvərliyi, insanlığı və dostluğu ilə seçilirdi. O, ziyalı ailəsində doğulmuşdur. Dostları onu “Dostluğun qibləgahı” adlandırırdı.
Ata: Həsənov Vaqif Həsən oğlu Ana: İsmayılova Xatirə Yolçu qızı Qardaş: Həsənli Elşən Vaqif oğlu