📜 Günün Müqəddəs Ayəsi (Furqan surəsi, 74-cü ayə)
📜 Günün Müqəddəs Ayəsi (. Bəqərə surəsi, 286-cı ayə)
Bilirdinizmi?
Salamları
Allah
Allah
Ata adı: Mikayıl
Cavid Mikayıl oğlu Həsənov 1993-cü il martın 6-da Bakı şəhərində anadan olub. 1999-2006-cı illərdə Nizami rayonunda V. Sadıqov adına 214 nömrəli tam orta məktəbdə, 2006-2010-cu illərdə isə Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə (FRITL) təhsil alıb. Cavid Həsənov 2010-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub.
Cavid Həsənovun atası Mikayıl Həsənov Birinci Qarabağ müharibəsi iştirakçılarından olub və döyüş zamanı aldığı yaralardan 2-ci qrup əlildir. 2014-cü ildə ali təhsilini başa vuraraq, 2014-2015-ci illərdə Gəncə şəhərində həqiqi hərbi xidmət keçib. 2015-cı ildə Xəzər Universitetində İqtisadiyyat və menecment sahəsində magistr pilləsinə qəbul olsa da, 2016-cı ildə təhsilini dayandırmışdır.
Cavid Həsənov 2011-2014-cü illərdə Digital Service Company LLC-də müştəri xidmətləri təmsilçisi vəzifəsində çalışıb. 2016-2018-cı illərdə Socar AQŞ LLC-də köməkçi işçi vəzifəsində, 2018-2019-cu illərdə “EasyDrill” LLC-də qazma mühəndisi vəzifəsində, 2019-2020-ci illərdə isə National Oilwell Varco LLC-də qazma həlləri üçün mühəndis vəzifəsində çalışan Cavid Həsənov, ingilis və rus dillərini sərbəst bilirdi.
Cavid Həsənov 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində olan "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Cavid Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Cavid Həsənov oktyabrın 20-də Xocavənd döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Cavid Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Cavid Həsənov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Cavid Həsənov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Cavid Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Hamı onun haqqında müsbət düşüncədə idi. Mərd, cəsur, qoçaq insan idi.
Ata: Həsənov Mikayıl Rizvan oğlu Ana: Həsənova Mirvari Humay qızı Qardaş: Həsənov Ceyhun Mikayıl oğlu