Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Əlizadə
Elvin Əlizadə oğlu Həsənov 1994-ci ilin noyabrında Ağdaş rayonu Mürsəl kəndində anadan olub. Ailənin 3 övladından biri, iki bacının tək qardaşı idi. Atası Əlizadə kişi illər öncə, Elvinin 17 yaşı olarkən dünyasını dəyişib. Elvin orta məktəbi qurtardıqdan sonra, 2013-2014-cü illərdə hərbi xidmətdə, Vətənin keşiyində olub. Əsgərlikdən sonra evinə, ailəsinə dönüb, müxtəlif işlərdə çalışıb.
Elvin Vətən müharibəsi başlayandan 2 gün sonra könüllü kimi döyüş bölgəsinə yollanıb. O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsində igidlik göstərərək Füzulinin uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 14-də Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma keçərkən həlak olub. 7 noyabrda şəhidlik xəbəri gələn Elvinin müqəddəs nəşi bir gün sonra torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elvin Həsənov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elvin Həsənov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elvin Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, qorxmaz, cəsur insan olub.
Ata: Həsənov Əlizadə İlyas oğlu Ana: Həsənova Əntiqə Hidayət qızı Qardaş: Həsənov Rəşad Əlizadə oğlu Bacı: Həsənova Dilşad Əlizadə qızı Bacı: Hacıyeva Ruhiyyə Əlizadə qızı