📜 Günün Müqəddəs Ayəsi (Furqan surəsi, 74-cü ayə)
📜 Günün Müqəddəs Ayəsi (. Bəqərə surəsi, 286-cı ayə)
Bilirdinizmi?
Salamları
Allah
Allah
Ata adı: Hökuməli
Elvin Höküməli oğlu Həsənov 8 iyul 1992-ci ildə rayonun Əhmədbəyli kəndində doğulub. Orta təhsilini Saatlı rayon Əhmədbəyli kəndindəki 269 saylı məktəbdə alıb. İmkansız olduqlarından təhsil arxasınca getməyən Elvin öz şəxsi motosikleti ilə süpürgə satmaqla evini, ailəsini dolandırıb. Hərbi xidmətə getməzdən öncə bir müddət pambıq zavodunda işləyib.
Hərbi xidmətini Murovda çəkib, 2012-ci ildə başa vurub.
Elvin 9 sentyabr 2020-ci ildə hərbi səfərbərlik idarəsi tərəfindən Vətən müharibəsinə yola salınıb.Elvin Həsənov Zəngilan, Qubadlı uğrunda döyüşlərdə qəhrəmanlıqlar göstərib. O, 22 oktyabrda şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz öz kəndində dəfn edilib. Ölümündən sonra şəhid Elvin Höküməli oğlu Həsənov müvafiq Prezident Sərəncamlarına uyğun olaraq, «Cəsur döyüşçü», «Cəbrayılın azad olunmasına görə», «Qubadlının azad olunmasına görə» medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elvin Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Zəhmətkeş bir ailədə doğulub, fiziki cəhətdən çox sağlam, sakit, qayğıkeş, zəhmətkeş, ətrafındakı insanların hörmətlə yanaşdığı bir insan və ailəsini, övladlarını sevən bir ata olub.
Ata: Həsənov Höküməli Xeyrulla oğlu Ana: Həsənova (Zeynalova) Səadət Əliheydər qızı Qardaş: Həsənov Ağasən Höküməli oğlu Həyat yoldaşı: Həsənova (Qafarova) Günay Ağagül qızı Oğlu: Həsənzadə Elmin Elvin oğlu Qızı: Həsənzadə Aylın Elvin qızı