namazla bağlıdı
KFC və ya MACdonald da işləmək olar?
KFC və ya MACdonald da işləmək olar?
Bəqərə surəsi (49-57) - Hacı Rahib | Ruhunuzu dinləndirin
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 9 Oktyabr 2026)
Cümə moizəsi Mövzu: Zikr və qəflət -12
Ata adı: Vüqar
Həsənov Emral Vüqar oğlu 2002- ci ilin yanvar ayının 6- da Quba rayonunun Səbətlər kəndində dünyaya gəlib.
Elman Məmmədov adına Səbətlər kənd orta məktəbində təhsil alıbdır.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçusu Həsənov Emral, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Fizulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “3-cü dərəcəli “Vətənə xidmət ordeni” ilə təltif edilmişdir.
Olduqca səmimi, vətənpərvər, millətini sevən biri idi. Professional hərbiçi olmaq arzusunda idi. Olduqca cəsarətli, ölümdən qorxmazdı. Vətən torpaqlarının azad olunması üçün döyüşlərə gülərüzlə gedirdi. Ailəcanlı idi. 44 günlük vətən müharibəsində böyük şücaət göstərmişdir.
Ana: Həsənova Mətanət Nemət qızı Ata: Həsənov Vüqar Rəcəb oğlu Qardaş: Həsənov Rəcəb Vüqar oğlu