Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Ələddin
Etibar Həsənov 1991-ci il fevralın 7-də Gədəbəy rayonunun Qarıkənd kəndində anadan olub. 1997-ci ildə həmin kənddə birinci sinfə getmişdir. 2006-cı ildə Gədəbəy rayon Peşə liseyinə daxil olub. 2009-cu ildə liseyi bitirərək, geniş profilli təmirçi-çilingər peşəsinə yiyələnmişdir.
2009–2010-cu illərdə həqiqi hərbi xidmət keçmişdir. 2019-cu ilin iyul ayında müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlamışdır.
Azərbaycanın ərazi bütövlüyü uğrunda 27 sentyabrda başlamış Vətən müharibəsində iştirak etmiş, Füzuli ətrafında gedən döyüşlərdə şücaət göstərmişdir. Noyabrın 9-da Şuşada gedən döyüşlərdə şəhid olmuşdur. Noyabrın 12-də doğulduğu kənddə dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Etibar Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Etibar Həsənov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Etibar Həsənov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Etibar Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, cəsur, mehriban, ailəcanlı, vətənpərvər insan olub.
Atası: Həsənov Ələddin Mirzə oğlu Anası: Həsənova Mahiyyə Allahverdi qızı Qardaşı: Həsənov Cavid Ələddin oğlu Qardaşı: Həsənov Gəray Ələddin oğlu Həyat yoldaşı: Həsənova Aynurə Zaməddin qızı Oğlu: Həsənli Fuad Etibar oğlu Qızı: Həsənli Səma Etibar qızı