Həsənov Faiq Hüseyn
Gizir
🇦🇿 Azərbaycan Şəhidi

Həsənov Faiq Hüseyn

Ata adı: Hüseyn

🐣
Doğum — Bakı
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Bakı II Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Gizir
Qoşun Növü Daxili Qoşunlar
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda

Həyat Yolu və Şəhadət Tarixçəsi

Faiq Həsənov 1990-cı il iyulun 28-də Bakı şəhərində anadan olub.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri olan Faiq Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Faiq Həsənov oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq Həsənov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Şəhidimiz çox cəsur, əzmkar, hər bir çətinliyə dözən, qayğıkeş və çox diqqətcil idi. Evin böyük övladı olan Faiq ailənin bütün qayğısını öz üzərinə götürmüşdü. Müharibə zamanı kəllə-beyin travmasi almasına və xəstəxanada təkidlərə baxmayaraq yenidən döyüşə qatılmış və qəhrəmancasına şəhid olmuşdur.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb 190 saylı orta məktəb
Ali Təhsil Mingəçevir Dövlət Universiteti
İş Yeri Daxili Qoşunlar, Xüsusi Təyinatlı Dəstə
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ana: Həsənova Yeganə Rza qızı Bacı: Həsənli Fəridə Hüseyn qızı Qardaş: Həsənli Fərid Hüseyn oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər