Salamlawmada deyesen sehvlık edırem
.
.
Namaz
Salamlawmada deyesen sehvlık edırem
D
Ata adı: Saleh
Hafiz Saleh oğlu Həsənov 1993-cü il 4 oktyabrda Beyləqan rayonu Kəbirli kəndində anadan olub. 2000-2009-cu illərdə Kəbirli kənd M.Fərzəliyev adına 1 nömrəli orta məktəbin 9-cu sinfini bitirib. Hafiz 2013-cü ildə ailə həyatı qurub. Şəhidimizin Sahil adında bir oğlu, Nuray adında bir qızı var.
Azərbaycan Ordusunun əsgəri olan Hafiz 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu istiqamətində gedən döyüşlərdə savaşıb. Eyni zamanda Cəbrayıl, Ağdərə, Suqovuşan istiqamətində gedən döyüşlərdə də qəhrəmanlıq göstərib. Hafiz 14 oktyabrda mənfur düşmənin gülləsinə tuş gələrək şəhid olub. Kəbirli kənd qəbristanlığında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hafiz Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Hafiz Həsənov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə də təltif edilib.
Həmçinin döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdlik və igidlik göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Hafiz ölümündən sonra "İgidliyə görə" medalı ilə də təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Hafiz Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Səbrli, mərd, cəsur insan idi.
Ata: Həsənov Saleh Pənah oğlu Ana: Həsənova Mahizər Bahatur qızı Qardaş: Həsənov Afiq Saleh oğlu Qardaş: Həsənov Ramin Saleh oğlu Bacı: Həsənova Simuzər Saleh qızı Bacı: Əhmədova Şəhla Saleh qızı Bacı: Həsənova Ülviyyə Saleh qızı Bacı: Əliyeva Gülnaz Saleh qızı Həyat yoldaşı: Həsənova Püstə Malik qızı Oğlu: Həsənli Sahil Hafiz oğlu Qızı: Həsənli Nuray Hafiz qızı